“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Sürix”in baş məşqçisi Franko Foda İsveçrə çempionatında “Lütsern”ə qarşı oynadıqları matçı şərh edib.
Offsideplus.az xəbər verir ki, almaniyalı çalışdırıcı 0:0 hesabıyla başa çatan oyundan sonra baş tutan mətbuat konfransında bunları deyib:
“Bu mövsüm ilk xalımızı qazandıq və qol buraxmadıq. Komandamızın yekunda qalib gəlmək üçün fiziki gücü çatmadı. İndi toparlanmalı və bütün gücümüzlə “Qarabağ”la görüşə hazırlaşmalıyıq”.
Qeyd edək ki, “Qarabağ” ilk matçında “Sürix” üzərində 3:2 hesabıyla qalib gəlib. Komandalar arasındakı cavab görüşü iyulun 27-də İsveçrədə keçiriləcək.