"Oyunu sonadək izlədim. "Qarabağ" iki, üç top fərqi ilə qələbə qazana bilərdi".

 Bu sözləri Offsideplus.az saytına açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu, bugünlərdə "Kəpəz"lə anlaşan Əfran İsmayılov deyib. 33 yaşlı vinger Ağdam təmsilçisinin ötən axşam UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində İsveçrə "Sürix"i ilə keçirdiyi oyunu (3:2) haqda danışıb. 

İsmayılov "Qarabağ"ın Sürixdəki cavab matçında daha yaxşı oyun sərgiləyəcəyinə və mərhələni keçəcəyinə inandığını söyləyib: "Təəssüf ki, səhvlərimiz bizə baha başa gəldi və qapımızda qollar gördük. Həm də "Sürix"lə ilk oyun idi deyə, Qurban Qurbanov rəqibi analiz etməkdə çətinlik çəkmişdi. Lakin bu görüşdən sonra isveçrəliləri daha yaxşı analiz edəcəklər və inanıram ki, cavab matçında "Qarabağ" bundan da yaxşı oyun göstərib mərhələni keçəcək".

Xatırladaq ki, cavab görüşü iyulun 27-də İsveçrənin Sürix şəhərində keçiriləcək.

Daşqın Əziz