Bu gün "Qarabağ"  UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İsveçrənin "Sürix" komandası ilə ilk matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş Ağdam klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab oyunu iyulun 27-si İsveçrədə olacaq.

Bu cütün qalibi ÇL-in III təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütündən qalib ayrılan komanda ilə qarşılaşacaq. Məğlub olan isə Avropa Liqasının III təsnifat mərhələsində "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) cütünün zəifi ilə üz-üzə gələcək.

Çempionlar Liqası, II təsnifat mərhələsi

İlk matç

"Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə) 3:2

Qol: Kadi, 17, Vaci, 36, Kamberi, 65, Vaci, 66, Mirlind Kryeziu, 85-pen.

Hakimlər: İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Belyo, Miloş Giqoviç (Bosniya və Herseqovina)

Tofiq Bəhramov adına Respublika Stadionu.