İsveçrənin “Sürix” klubunun baş məşqçisi Franko Foda UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan əvvəl təşkil edilən mətbuat konfransında iştirak edib.

 Offsideplus.az xəbər verir ki, mütəxəssis mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- “Qarabağ” ilk oyunda məğlub olsa da, Bakıda “Lex”i 5:1 hesabı ilə məğlub etdi. Bu nəticə sizi qorxutmur?

- Xeyir, qorxutmur. Poznandakı görüşü canlı izləmişik. Bakıdakı oyuna da baxmışıq. “Qarabağ” erkən qoldan sonrada rəqib qarşısındakı üstünlüyü əldən vermədi. Matçın gedişini nəzərə alanda ədalətli nəticə idi. Amma bu, bizi qorxutmur.

- Heyətdə zədəli futbolçularınız var?

- Dzemaili son oyunda “Yanq Boyz”a qarşı oynamayıb. Amma o, bizimlə buradadır. Heyətdə heç bir problem yoxdur.

- Komanda Bakıya “Yanq Boyz”a 0:4 hesablı məğlubiyyətlə gəlib. Həmin görüşdə alınan böyükhesablı nəticəni unuda bilmisiz?

- Komandada ab-hava yaxşıdır. Həmin görüşdə hesab oyuna görə olmadı. Bizim də qol imkanlarımız oldu. Amma həmin oyun artıq geridə qalıb, tamamilə sabahkı oyuna fokuslanmışıq.

- “Qarabağ”ın hansı üstün cəhətlərini deyə bilərsiniz?

- Rəqib komandanı təhlil etmişik. Hücum xətti çox güclüdür. Rəqibin heyətində Vadji, Kadi, Zubir kimi çox hərəkətli futbolçular var. Amma hər bir komanda kimi “Qarabağ”da da  problemlər mövcüddur. Müdafiədə sıx oynamalı və topu ələ keçirən kimi əks-hücumlardan səmərəli istifadə edib, rəqibi cəzalandırmaq istəyirik.