"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi İsveçrə "Sürix"i ölkə Superliqasının yeni mövsümündə ilk oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, komanda səfərdə "Yanq Boyz"la qarşılaşıb. "Sürix" 0:4 hesablı darmadağınla uduzub.
Qeyd edək ki, "Qarabağ" "Sürix"lə ilk matçı iyulun 19-u Bakıda keçirəcək. Bu komandalar arasında cavab görüşü bir həftə sonra İsveçrədə baş tutacaq.