İsveçrədə “Sürix”lə “Qarabağ” arasında keçiriləcək UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu üçün təyinatlar açıqlanıb.

Offsideplus.az xəbər verir ki, “Letsiqrund” stadionundakı oyunu Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Allard Lindhouta Çarlz Sxap və Roy De Nas laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Jerön Mansxot yerinə yetirəcək.

Xatırladaq ki, İyulun 27-də keçiriləcək oyun saat 21:00-da başlayacaq. İlk görüş iyulun 19-da Bakıda olacaq.