“Qarabağ”la İsveçrənin "Sürix" komandası arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin Bakıdakı ilk görüşünün vaxtı məlum olub.

Offsideplus.az xəbər verir ki, İyulun 19-da oynanılacaq matç saat 20:00-da başlayacaq.

İyulun 27-də “Letsiqrund” stadionunda keçiriləcək cavab qarşılaşması isə saat 21:00-da start götürəcək.