"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab oyununa çıxıb.

 Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Bakıda Polşa çempionu "Lex"i qəbul edib. "Köhlən atlar" bu matçda 5:1 hesabıyla qalib gələrək ÇL-in ikinci təsnifat mərhələsinə adlayıb.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi

12 iyul

20:00 "Qarabağ" - "Lex" 5:1 (ilk oyun - 0:1)

Qol: Velde, 1 (0:1), Kadi, 14 (1:1), Ozobiç, 42 (2:1), Medina, 56 (3:1), Kadi, 74 (4:1), Abbas Hüseynov, 77 (5:1)

Hakimlər: Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper (hamısı İngiltərə)

Tofiq Bəhramov adına Respublika Stadionu