"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi olan İsveçrənin "Sürix" komandası cavab matçının vaxtını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, iyulun 27-də "Letsiqrund" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

İlk qarşılaşmanın vaxtı isə hələ dəqiqləşməyib.

Qeyd edək ki, "Sürix" II təsnifat mərhələsində "Qarabağ" və Polşa "Lex"i arasındakı matçın qalibi ilə qarşılaşacaq. İlk görüş iyulun 5-də Poznanda, cavab qarşılaşması isə 1 həftə sonra Bakıda olacaq.