Ççempionlar Liqasınəın 1-ci təsnidat mərhələsində keçiriləcək "Lex" - "Qarabağ" oyununun hakimi məlum olub.

 Offsideplus.az xəbər verir ki, qarşılaşmanı İspaniyadan olan Xose Luis Munuera idarə edəcək. Ona Pau Çebrian Devis və Antonio Ramon Martinez kömək edəcək. Dördüncü hakim funksiyası isə Xorxe Fiqueroa Vazkezdə olacaq.

Qeyd edək ki, iyulun 5-də Polşada keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.