"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Lex" yoxlama oyunu keçirib.
Offsideplus.az xəbər verir ki, komanda "Vidzev"lə qarşılaşıb. "Lex" görüşdə 1:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Qarabağ"la "Lex" arasındakı ilk matç iyulun 5-i Polşanın Poznan şəhərində keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab görüşü isə iyulun 12-də Bakıda olacaq və saat 20:00-da start götürəcək.