"İstənilən rəqibə qalib gəlməyə qadirik. Oyuna da məhz bu cür həvəslə çıxacağıq. Məqsədimiz növbəti mərhələyə çıxmaqdır".
Offsideplus.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Lex"in məşqçisi Maçey Kendziorek Polşa klubunun rəsmi saytına açıqlamasında deyib.
O, avrokubok təcrübələrinin olduğunu və "Qarabağ"dan geri qalmayacaqlarını bildirib: "Qarşımızda hansı rəqibin olmasının önəmi yoxdur. "Qarabağ"ın heyətində elə oyunçular var ki, Polşa çempionatında çıxış ediblər. Məsələn, Marko Veşoviç “Legiya”dan “Qarabağ”a keçib, Luka Quqeşaşvili isə “Yagelloniya”nın sabiq qapıçısıdır. Bizim də avrokuboklarda təcrübəmiz var. Ona görə də bu baxımdan rəqibdən geri qalacağımızı düşünmürəm".