UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin "Real" - "Mançester Siti" cavab oyununun hakimləri məlumat verib.
Offsideplus.az xəbər verir ki, görüşü Deniele Orsatonun başçılıq edəcəyi hakimlər briqadası idarə edəcək.
Alessandro Jallatini və Çiro Karbone yan xətt hakimləri olacaq. Davide Massa 4-cü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, mayın 4-də keçiriləcək "Real" - "Mançester Siti" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasında ilk matçda ingilislər 4:3 hesablı qələbə qazanıb.