"Mançester Siti" klubunun belçikalı futbolçusu Kevin De Brüyne UEFA Çempionlar Liqasının tarixinə düşüb.
Offsideplus.az xəbər verir ki, o, Çempionlar Liqasının yarımfinalında hazırda ikinci hissəsi oynanılan "Real"la ilk matçın 2-ci dəqiqəsində (93-cü saniyə) fərqlənib.
Bu isə turnirin yarımfinal mərhələsinin ən tez vurulmuş qolu olub.