AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti beynəlxalq oyuna təyinat alıb.

 Offsideplus.az xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində aprelin 24-də keçiriəcək “Lyon” (Fransa) – PSJ (Fransa) qarşılaşmasının UEFA nümayəndəsi  olacaq.