UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Borussiya”(Dortmund) ilə qarşılaşacaq “Beşiktaş” ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, "qara qartallar"ın yarımmüdafiəçisi Kevin Nkudu sıradan çıxıb. Kevin zədə səbəbindən “Borussiya” ilə oyunun heyətindən çıxarılıb.
Bu gün keçiriləcək “Beşiktaş” – “Borussiya” (Dortmund) oyunu saat 20:45-də başlayacaq.