Çempionlar Liqasının final oyunu çərçivəsində keçirilən “Liverpul” – “Real” oyununda daha bir futbolçu zədələnib. 

Offsideplus.az xəbər verir ki, bu dəfə “Real”ın müdafiəçisi Daniel Karvahal sıradan çıxıb. Ayaq əzələsi dartılan futbolçu gözyaşları ilə meydanı tərk edib. Onun əvəzinə Naço Fernendez oyuna daxil olub.

 Qeyd edək ki, futbolçunun zədəsi ciddi olarsa, gələn ay Rusiyada keçiriləcək dünya çempionatını buraxa bilər.

Xatırladaq ki, matçın 29-cu dəqiqəsində “Liverpul”un aparıcı futbolçusu Məhəmməd Salah çiynindən zədələnərək oyunu yarımçıq tərk etməli olub.