UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Olimpiakos”un qonağı olan “Neftçi” ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, komandanın lideri Namiq Ələsgərov ilk hissənin sonlarında məcburi əvəzlənib.
Belə ki, görüşün 43-cü dəqiqəsində rəqib futbolçusu, matçda hesabı açan Medi Kamara Namiqə qarşı kobud oynayıb. Burnundən zədə alan futbolçu meydanı qan içində tərk edib. Onu Mirabdulla Abbasov əvəzləyib.