Çempionlar Liqasının I təsnifat mərhələsi üzrə "Neftçi""Dinamo" arasında baş tutacaq cavab oyunundan öncə açıq məşq və mətbuat konfransı keçiriləcək. 

Offsideplus.az xəbər verir ki, bu gün saat 19:30-da “Bakcell Arena”da rəqib komandanın mətbuat konfransı, 20:00-da isə açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Eyni məkanda saat 20:30-da "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Konfransdan sonra, saat 21:00-da isə Bakı təmsilçisinin media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Hər iki komandanın mətbuat konfransı və açıq məşqi “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.