Sabah Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Neftçi" Tiflisdə "Dinamo" ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, bu gün qarşılaşmadan öncə hər iki klubun baş məşqçilərinin mətbuat konfransı və açıq məşqçi keçirilib. Əvvəlcə jurnalistlərin önünə Gürcüstan təmsilçisinin çalışdırıcısı Kaxaber Sxadadze çıxıb.
52 yaşlı mütəxəssis qarşılaşma haqda fikirləri belə olub:
"Hər birinizi salamlayıram. Xüsusən də Azərbaycandan gələn jurnalistləri öz səmiyyətimi bildirirəm. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, mən 8 il bu ölkədə çalışmışam. Hamısını gözəl xatırlayıram. Bu səbəbdən də mənim üçün bu qarşılaşma xüsusi önəmlidir ki, sizinlə yenidən görüşürəm. Azərbaycanlıları burda görməkdən çox məmnunam. Təbii ki, bu oyun hər iki klub çox mühümdür. Yaxşı olar ki, siz sualları ünvanlayasız mən cavablayam"
Kaxaber Sxadadze daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- Klub rəhbərliyi bildirib ki, "Neftçi"yə uduzmaq bizim üçün faicə olmaz. Siz nə düşünürsüz?
- Bizim hər zaman məqsədimiz meydanda layiqli mübarizə aparıb, qələbə qazanmaqdı. Sabah da bunun üçün çalışacağıq.
- Baş məşqçi komandanı gücləndirmək istəyirdi. Bunu edə bilibmi?
- Çalışmışıq ki, istədiyimiz səviyyəli futbolçular transfer edək. Nə qədər gücləndiyimiz hələ bəlli deyil.
- Gənc futbolçulara şans veriləcək?
- Bütün gənclərə fürsət yaradılmalıdır ki, onlar özlərini göstərsinlər. Bu səbəbdən də biz onlar üçün şərait yaradırıq. Həmin futbolçular da bundan istifadə edib, öz potensiallarını göstərməlidilər.
- Yeni transferlərlə bağlı nə planlar var?
- İndi elə dövrdü ki, hamının güclənməyə ehtiyyacı var. Bu da maliyyədən asılıdı. Elə etməliyik ki, maddi sıxıntılar yaşamayaq. Bu səbəbdən də daha çox azad agentlər axtarışındayıq. Lakin bir yeni futbolçu transfer etmişik.
- Komandaya qoşulmadan öncə büdcə barədə məlumat əldə edib təklifi etmişdiz, yoxsa xəbəriniz var idi?
- Təbii ki, məlumatım var idi. Çox maliyyə olub-olmaması o qədər də önəmli deyil. Mən komandaya gələndə mövsümün ortaları idi. Bu səbəbdən də buna o qədər də fikir verməmişdim. Çalışırıq ki, yaxşı komanda formalaşdıraq. Mənim işimi bəyən və ya bəyənməyənlər ola bilər. Bu, o qədər də önəmli deyil. Mənim əsas məqsədim yaxşı komanda formalaşdırıb, yaxşı nəticələr əldə etməkdi. Bunun üçün hər şey etməyə çalışacam.
- "Neftçi" ilə "Dinamo" ilə müqayisə etsək, hansı daha çox üstündü?
- Rəqibi daha yaxşı tanıyıram. Çox yaxşı komanda formalaşdırıblar. Sabah onlar çox yaxşı oyun nümayiş etdirirlər. Oyunda biz də qələbə qazanmaq çalışacağıq. Bunun üçün rəqibin boşluqlarından yararlanmağa çalışacağıq.
- Azərbaycanda uzun illər çalışmısınız. Həmin illərlə indiki zamanı müqayisə etsək, hansını daha üstün hesab etmək olar?
- Həmin dövrün çempionatın səviyyəsi daha yüksək idi. Mən çalışdığım illərdə azı 5-6 klub çempionluq uğrunda mübarizə aparırdı. "Neftçi" də onlardan biri idi. Samir çox yaxşı komanda formalaşdırıb. Mən onları izləyirəm. Bilirəm ki, uzun illərdən sonra "Qarabağ"ın hegemonluğuna son qoydular. Bu səbəbdən də işimiz asan olmayacaq.
- Azərbaycanda 6 il çalışmağınızı bu qarşılaşmada sizin üçün üstünlük hesab etmək olar?
- Artıq həmin vaxtdan 6 il keçib. Bu müddətdə çox şey dəyişilib. "Neftçi"nin məşqçisi, rəhbərliyi başqa idi. Mənim orda işləməyimi üstünlük hesab etmək olmaz. Mənim komandamın hazırd problemlər var. 4 gündən bir oyun keçirilir. həm daxili, həm də avrokuboklarda mübarizə aparırıq. Bu da bizi yorur. Mən xahiş etdim ki, bizim çempionatdakı matçımız təxirə salınsın. Amma bu, baş vermədi. "Neftçi"ni də izləmiş. 5-li müdafiə sistemindən istifadə edirlər. Futbolçularının fərdi ustalığı yüksəkdi. Bu səbəbdən də bizim üçün asan matç olmayacaq. Çalışacağıq ki, layiqli mübarizə aparaq.
- Ölkə çempionatının formatından narazısız? Buna görə vaxtın dəyişməsini istədiz?
- 4 gündən bir matça çıxmaq çətindi. Həm fiziki olaraq, həm də psixoloji problem yaradır. Baş məşqçi komandanı ay ərzində 6 dəfə oyuna çıxartmaq çətindi. O, bu müddətdə öz fəlsəfəsini futbolçulara aşılaya bilmir. Mən formatdan narazı deyiləm. Yaranmış situasiyanın çətinliyindən danışıram.
- "Neftçi"nin heyətində 3 şəxs - Samir Abasov, Stankoviç və Sezar Meza Kolli sizin rəhbərliyiz altda çıxış edib. Onlarla bağlı fikirləniz nədi?
- Təbii ki, 3 şəxsi də yaxından tanıyıram. Samir Abasovun "Neftçi"nin çempion olmağında xüsusi rolu var. Onun başqa komandalardakı nəticələri "Neftçi"nin qələbə qazanmasına səbəb oldu. Samir "Neftçi"yə qoşulmamışdan öncə "Qarabağ"ın çempion olmamaq şansı yox idi. Stankoviç də çox yaxşı futbolçu idi. O, mənim dövrümdə "İnter"ə qoşulmuşdu. Hər üçü çox yaxşı futbolçu olublar. Amma sabah biz meydanda rəqibik. İndi oyun haqda düşünmək lazımdı.
- Sezar Meza Kolli ilə münasibətləriniz yaxşı deyildi. Sabah onunçün xüsusi planınız olacaqmı?
- Bunu hardan eşitmisiz? Bu, şayədi. Gərək onun müsahibəsi ilə tanış olum. Bundan sonra bilim ki, bizim aramızda nə baş verib?