AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuxlik beynəlxalq oyuna təyinat alıb.
Offsideplus.az xəbər verir ki, avstriyalı mütəxəssis Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 14-də Varşavada keçiriləcək “Legiya” (Polşa) – “Bodo Qlimt” (Norveç) oyununun hakim-inspektoru olacaq.
Qeyd edək ki, "Legiya"nın heyətində Azərbaycan millisinin üzvü Mahir Emreli çıxış edir.