UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Dinamo" (Tbilisi) heyətinə yeni futbolçu qatıb.
Offsideplus.az xəbər verir ki, komanda sabiq yarımmüdafiəçisi Nodar Kavtaradze ilə 2023-cü ilin sonuna qədər müqavilə imzalayıb.
Sözügedən futbolçu daha əvvəl 2017 və 2019-cu illərdə də "Dinamo"da çıxış edib və 35 oyuna 14 qol vurub.
Qeyd edək ki, "Neftçi" "Dinamo" ilə ilk oyununu iyulun 7-də səfərdə, cavab matçını isə iyulun 14-də Bakıda keçirəcək.