Çempionlar Liqası və Avropa Liqasının 2020/21 mövsümünün final qarşılaşmaları üçün hakim təyinatları açıqlanıb.
Offsideplus.az UEFA-nın saytına istinadla xəbər verir ki, Avropa Liqanın həlledici qarşılaşmasını fransız hakim idarə edəcək. Mayın 26-da baş tutacaq "Vilyareal" - "Mançester Yunayted" görüşündə Kleman Türpen iş başında olacaq. Yan xətlərdə ona həmyerliləri - Nikolya DanoSiril Qrenqor kömək edəcək. Dördüncü hakim funksiyasını sloveniyalı Slavko Vinçiç yerinə yetirəcək.
Çempionlar Liqasının finalı İspaniyadan olan ədalət təmsilçilərinə tapşırılıb. Mayn 29-da keçiriləcək "Mançester Siti" - "Çelsi" qarşılaşmasında əsas söz sahibi Antonio Migel Mateu Laos olacaq. Laynsmanlıq Pau Sebrianla Roberto del Palomara tapşırılıb. Dördüncü hakim funksiyasını Karlos del Serro yerinə yetirəcək.
Qeyd edək ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23.00-da start götürəcək.