"Real"ın baş məşqçisi Zinədin Zidan "Çelsi"yə məğlubiyyəti şərh edib.

Offsideplus.az xəbər verir ki, fransız çalışdırıcı UEFA-nın saytına verdiyi açıqlamada rəqibi təbrik etməyi özünə borc bilib: "Çelsi"nin qələbəni haqq etdiyini deyə bilərəm. Biz çox çalışdıq, lakin onlar finala yüksəlməyi haqq eZtdi. Futbolçularımla fəxr edirəm. Böyük işlər gördük, finalın bir addımlığına qədər gəlməyi bacardıq. "Çelsi" əla oyun keçirdi, onların haqqını vermək lazımdır. 

100 faizlik qol imkanlarımız vardı. Rəqibsə əla düşən şansları boşa vermədi. İstirahət edib, La Liqa matçlarına hazırlaşacağıq. Əlbəttə, yarımfinalda uduzmaq adama pis təsir edir. Lakin edə biləcəyimiz bir şey yoxdur. Məşq meydançasına qayıdıb, işimizi görməliyik".

Qeyd edək ki, "Real" Çempionlar Liqasının yarımfinalında "Çelsi" səddini keçə bilməyib - 1:1, 0:2.