Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları baş tutub.
Offsideplus.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. "Çelsi" koronavirus pandemiyası səbəbindən "Portu"nu İspaniyadakı "Ramon Sançes Pisxuan" stadionunda qəbul edib. "Zadəganlar" bu matçda 0:1 hesabı ilə uduzsa da, ilk görüşdə qazandığı 2:0-lıq qələbə ilə mərhələni adlayıb.
Gecənin maraqla gözlənilən matçı Fransada PSJ və "Bavariya" komandaları arasında keçirilib. Münhen təmsilçisi də bu görüşdə 1:0 hesabı ilə qalib gəlsə də, ümumi hesabın 3:3 olmasına görə, PSJ yarımfinala yüksəlib.