Çempionlar Liqasının 1/4 finalında baş tutacaq PSJ - "Bavariya""Çelsi" - "Portu" qarşılaşmalarına hakim təyinatları bəlli olub.

Offsideplus.az UEFA-nın saytına istinadən xəbər verir ki, Parisdə baş tutacaq oyun italiyalı hakimlər briqadasına tapşırılıb. Baş hakim Daniele Orsato, yan xətt hakimləri qismində ona Alessandro Ciallatini və Fabiano Preti kömək edəcək. 4-cü hakim funksiyasını Daniele Doveri yerinə yetirəcək. Görüşdəki VAR hakimi isə Massimiliano İrrti olacaq.

 "Çelsi" - "Portu" oyununu isə Fransadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Klement turpin olacaq. Yan xətt hakimləri qismində ona Nikolaas Dano və Siil Qrinqor yardım edəcəklər. 4-cü hakim funksiyasını Frank Şkineyder yerinə yetirəcək. Qarşılaşmadakı VAR hakimi François Letezier olacaq.

Qeyd edək ki, aprelin 13-də keçiriləcək hər iki oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.