"Liverpul"un hücumçusu Mohamed Salah "Real"a qarşı şanssızlığına son qoyub.

Offsideplus.az xəbər verir ki, misirli futbolçu dünən Çempionlar Liqasının 1/4 final oyununda (3:1) "Kral klubu"nun qapısına yol tapa bilib. "Roma"da çıxış edərkən iki dəfə "Real"la qarşılaşsa da, fərqlənə bilməmişdi. 2018-ci ili Çempionlar Liqası finalında isə Serxio Ramos tərəfindən zədələnərək meydanı tərk etmişdi.

Bundan əlavə, Çempionlar Liqasında vurduğu qolların sayını 28-ə çatdıran 28 yaşlı forvard "Mançester Yunayted"i əfsanəsi Rayan Qiqqsə çatıb.