"Hamımız fəxr edə bilərik ki, Yurgen Klopp kimi baş məşqçimiz var.

O, "Liverpul"da təkcə futbolçuları deyil, həm də klubla bağlı başqa məsələləri dəyişib. Məsələn, mentalitet, düşüncə tərzi".

Offsideplus.az xəbər verir ki, bu söləri "Liverpul"un futbolçusu Deyan Lovren Britaniya mətbuatına açıqlamasında deyib.

Xorvatiyalı müdafiəçi Çempionlar Liqasında "Real"la keçiriləcək final oyunu haqda iddialı danışıb:

"Finala çıxmaq hər bir futbolçunun arzusudur. Bu, inanılmaz nailiyyətdir. İndi finalda özümüzü göstərməyə çalışacağıq. "Real" özünə güvənən komandadır. Ancaq bundan narahat deyilik. Niyə onlarsan qorxmalıyıq? Qoy, "Real" bizdən qorxsun".

Qeyd edək ki, "Liverpul"la "Real" arasında final matçı mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək.