Bu mövsüm Çempionlar Liqasının final matçı azarkeşlərin iştirakı ilə keçiriləcək.

Offsideplus.az xəbər verir ki, Avropada peyvəndləmə prosesinin sürətlənməsini nəzərə alan UEFA həlledici oyuna məhdud sayda tamaşaçının buraxılacağına ümid edir.

Avropanın ali futbol qurumu daha əvvəl AVRO-2020-nin azarkeşlərlə keçiriləcəyini açıqlayıb.

Qeyd edək ki, final oyunu mayın 29-da Türkiyənin İstanbul şəhərində baş tutacaq.