Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk 2 cavab görüşü keçirilib.

Offsideplus.az xəbər verir ki,  "Yuventus" doğma meydanda  "Portu" ilə qarşılaşıb. Bu komandalar arasında ilk oyunda Portuqaliya təmsilçisi 2:1 hesabı ilə qalib gəlmişdi. İkinci görüşdə "Yuventus" 3:2 hesabı ilə qalib gəlməsinə baxmayaraq, "Portu" səfər qolu sayəsində 1/4 finala yüksəlib.

Digər matç Dortmunddakı "Siqnal İduna Park"da "Borussiya" ilə "Sevilya" arasında olub. Görüşdə 2:2 hesabı qeydə alınıb və ilk oyunun nəticəsinə görə, Dortmund təmsilçisi 1/4 finala vəsiqə qazanıb.

 Qeyd edək ki, 1/8 final mərhələsinin daha 2 cavab görüşü 10 martda, qalan 4 matçı isə 16-17 martda olacaq.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
Cavab görüşləri