"Çempionlar Liqasında mübarizəni dayandırmağımıza görə nə qədər məyus olduğumu sözlə ifadə edə bilmirəm.
Biz finala çıxıb, nə bacardığımızı göstərmək istəyirdik".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Bavariya"nın qapıçısı Sven Ulrayx şəxsi İnstaqram hesabında yazıb.
29 yaşlı qolkiper kobud səhvi nəticəsində buraxdığı qola görə üzr istəyib:
"Diqqətsizlik etdim, bağışlayın. Komandamdan və azarkeşlərimizdən üzr istəyirəm".
Xatırladaq ki, "Real" 2-ci qolu Ulrayxın kobud səhvindən sonra vurub.