UEFA Çempionlar Liqasının 1/8 finalından etibarən istifadə ediləcək yeni topu ictimaiyyətə təqdim edib.

Offsideplus.az qurumun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, top "Adidas" şirkəti tərəfindən hazırlanıb.

Qeyd edək ki, topda bu mövsüm mayın 29-u finala ev sahibliyi edəcək İstanbul şəhərinin adı yer alıb.