UEFA İntizam Komitəsi Çempionlar Liqasının yarımfinalında keçirilən "Bavariya" - "Real" oyunu ilə bağlı intizam işi açıb.
Offsideplus.az xəbər verir ki, buna səbəb meydan sahibi komandanın azarkeşlərinin matçdan sonra meydana çıxması və tribunada qadağan edilmiş pankart açmasıdır.
Məsələ ilə bağlı qərar mayın 31-i açıqlanacaq.