Çempionlar Liqası çərçivəsində gecə keçirilən PSJ - "Başakşehir" matçında yaşanan olay günə damğasını vurdu.
İndi hər kəs bu hadisədən danışır. Yaşananlarla bağlı daha bir maraqlı faktın üstü açılıb.
Offsideplus.az GFFN-ə istinadla xəbər verir ki, rumıniyalı hakimin "Başakşehir"də köməkçi-məşqçi işləyən Pyer Veboya qarşı irqçi ifadə işkətməsi PSJ-dəki qaradərililəri də özündən çıxarıb. Nəticədə komandanın ulduzlarından biri Kilian Mbappe futbolçu yoldaşlarını oyunu davam etdirməməyə, meydanı tərk etməyə çağırıb. Bununla da bir növ "Başakşehir"in mövqeyini qorumuş olub.