Hazırda dünya futbolunda diqqətlər Çempionlar Liqasında qrup mərhələsinin son turundadır: "Barselona" - "Yuventus" və ya çoxdandır izləmək üçün burnumuzun ucu göynədiyi Messi - Ronaldo qarşılaşması.

Offsideplus.az "Barselona" və "Yuventus"un baş məşqçilərinin bu iki dahi barədə veridiyi ən son açıqlamaları təqdim edir:

Andre Pirlo ("Yuventus"): "Kriştiano Ronaldo - Leo Messi mübahisəsiz mənasızdır. Milyonlarla azarkeş ikisini də izləməyi sevir. Şanslıyıq ki, onlar kimi ikilini canlı izləyə bilirik. Onlara bu rəqabət üçün təşəkkür etməliyik."
Ronald Kuman ("Barselona"): "Leo Messi və Kriştiano Ronaldo 15 mövsüm ərzində yüksək səviyyədə çıxış etməyi bacardılar. Mənə görə hansının daha yaxşı olduğunu demək doğru deyil. Onların ikisinə də heyranam və onlar inanılmazdır."

Xartırladaq ki, bu gün baş tutacaq "Barselona" - "Yuventus" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək.