Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Roma”ya 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandıran “Barselona” ciddi itki ilə üzləşib. 

Offsideplus.az xəbər verir ki,  kataloniyalıların yarımmüdafiəçisi İvan Rakitiç zədələnib. Dünənki matçda sağ əlindən xəsarət alan xorvatiyalı futbolçunun barmağı sınıb.

 Rakitiçin bu gün əməliyyat olunacağı açıqlanıb. Onun hansı müddətə sıraya qayıdacağı isə hələlik bilinmir.