“Qarabağ” “Molde” ilə bu gün keçiriləcək UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin oyunu öncəsi ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, Ağdam klubunun ispaniyalı yarımmüdafiəçisi Xayme Romero bugünkü oyunu buraxmalı olacaq. On gün öncə zədə alan təcrübəli futbolçu bir neçə gün əvvəl məşqləri bərpa etsə də, yenidən ağrılar hiss edib. O, son məşqdə iştirak etməyib. Klubun mətbuat xidmətindən Qol.az-a bildirilib ki, Xaymenin adı matçın iştirakçıları sırasına salınmayacaq.
Digər zədəli, hücumçu Mahir Emrelinin bugünkü qarşılaşmada iştirak edib-etməyəcəyi barədə isə hələlik məlumat yoxdur.
Qeyd edək ki, “Qarabağ” - “Molde” oyunu bu gün Bakı vaxtı ilə saat 21.00-da başlanacaq.(qol.az)