Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə oyunda 8:2 hesabı ilə qalib gələn "Bavariya"nın gənc futbolçusu Alfonso Devis matçdan sonra Lionel Messi ilə formasını dəyişdirmək istəyib.
Offsideplus.az xəbər verir ki, argentinalı ulduz gənc qanalı cinah oyunçusunun arzusunu "ürəyində qoyub".
Belə ki, Devis ona yaxınlaşsa da, formasını ala bilməyib. 19 yaşlı vinger həmin anı belə ifadə edib:
"Messinin yanına getdim, ancaq cavab almadım. Düşünürəm ki, çox məyus idi".
Gənc futbolçu ümidini üzmədiyini də bildirib:
"Ümid edirəm ki, gələn dəfə onunla forma dəyişdirəcəyəm".