Çempionlar Liqasının təsnifat və qrup mərhələsində mübarizə aparacaq komandaların adlarında dəyişikliklər olub.
Offsideplus.az xəbər verir ki, “Bavariya” və PSJ 2019-20 mövsümündə ölkə çempionu olduqları üçün növbəti il birbaşa ÇL-nin qrup mərhələsində iştirak edəcəklər.
Pley-off oynamalı olan “Ayaks” qrup mərhələsinə, Yunanıstan və Çexiya çempionları “Olimpiakos”la “Slaviya” isə III təsnifat mərhələsi əvəzinə pley-offda iştirak imkanı əldə ediblər.
Azərbaycan çempionu "Qarabağ" II təsnifat mərhləsində Moldovanın “Şerif” klubuna qalib gəlsə, III mərhələdə “Seltik” (Şotlandiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Lüdoqorets” (Bolqarıstan), “Yanq Boyz” (İsveçrə) və “Srvena Zvezda” (Serbiya) klublarından biri ilə qarşılaşacaq.
Qeyd edək ki, "Qarabağ" - "Şerif" matçı avqustun 26-da saat 20:00-daTofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.