Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Offsideplus.az xəbər verir ki, 1/4 finalda İspaniya "Atletiko"su üzərində sürpriz qələbə ilə yarımfinala yüksələn Almaniya "Leyptsiq"i Fransa çempionu PSJ ilə qarşılaşıb.

Görüş PSJ-nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Paris təmsilçisi finalda "Lion" (Fransa) - "Bavariya" (Almaniya) duelinin güclüsü ilə qarşılaşacaq. Final avqustun 23-də keçiriləcək.

UEFA Çempionlar Liqası

Yarımfinal

23:00. "Leyptsiq" (Almaniya) - PSJ (Fransa) 0:3

Qol: Markinos, 13, Di Mariya, 41, Bernat, 56

Baş hakim: Byörn Kuypers

Portuqaliya, Lissabon. "Eştadiu da Luş" stadionu