"Qarabağ"ın Çempionlar Liqasının I Təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib.

Offsideplus.az bildirir ki,  "Qarabağ" ilk raundda bu klublardan biri ilə qarşılaşa bilər:
"Fola" (Lüksemburq), "Yurqorden" (İsveç), "Buduçnost" (Monteneqro), "Flora" (Estoniya), "Dinamo" (Brest, Belarus), "Riqa" (Latviya), "Konnah" (Uels), "Klaksvik" (Farer adaları), "Europa" (Cəbəllütariq), "Çelye" (Sloveniya), "KuPS" (Finlandiya), "Reykyavik" (İslandiya), "Tirana" (Albaniya), "Sileks" (Şimali Makedoniya) və "Floriana"dır (Malta).
"Linfild" (Şimali İrlandiya) və "Tre Fiore" (San-Marino) cütünün qalibi də səpələnməmişlər səbətində yer alacaq.
Qeyd edək ki, Çempionlar Liqasının I seçmə mərhələnin püşkü avqustun 9-da atılacaq.