Çempionlar Liqası tarixində ən yaxşı qollar açıqlanıb.
Offsideplus.az xəbər verir ki, "France Football" nəşri nin tərtib etdiyi siyahıda birinci yerə 2001/2002 mövsümündə İspaniya "Real Madrid"inin yarımmüdafiəçisi Zinəddin Zidanın finalda Almaniya "Bayer"inin qapısına vurduğu qol layiq görülüb. Həmin oyun "kral klubu"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Fiorentina"lı (İtaliya) Mauro Bressanın "Barselona"ya 1999-cu ildə vurduğu qol ikinci, Kriştianu Ronaldonun "Real Madrid"in heyətində hazırkı komandası "Yuventus"a 2017/2018 mövsümündə vurduğu aşırma qol üçüncü pillədə qərarlaşıb.