“Yuventus”un müdafiəçisi Corcio Kyellininin durumuna aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, tibbi müayinədən keçən ulduz futbolçunun əzələsində dartılma aşkarlanıb.

A seriyasının XXIX turunda “Spal”la (0:0) qarşılaşmada zədələnən 34 yaşlı oyunçu İtaliya millisinin bu ay keçirəcəyi yoldaşlıq görüşlərini buraxacaq. Artıq yığmanın heyətindən kənarlaşdırılan Kyellininin hətta Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”la ilk görüşü buraxması da istisna edilmir. Həkimlərin fikrincə, bu, onun bərpa prosesinin sürətindən asılı olacaq.

Qeyd edək ki, “Yuventus”la “Real” arasında ilk oyun aprelin 3-də Turində baş tutacaq.