UEFA maliyyə şərtlərini pozduğuna görə, "Mançester Siti"ni 2 illik avroliqalardan uzaqlaşdırmışdı.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər" məsələ ilə bağlı İdman Abritaj Məhkəməsinə (CAS) müraciət etmişdi.
Qurumun rəhbəri Ferran Soriano maydan əvvəl heç bir məsələyə baxılmayacağını bildirib. CAS rəsmisi koronavirus pandemiyasının buna səbəb olduğunu qeyd edib:
"Mayın əvvəlinə kimi heç bir məhkəmə prosesinə baxılmayacaq. Pandemiya əlaqədar olaraq hələ ki, üz-üzə görüşlər baş tutmayacaq".
UEFA bu gün keçirəcək video konfransda Avropa turnirlərinin və liqaların dayandırılmasına və ya bərpasına aydınlıq gətirəcək. Çempionatların nəticələri ləğv olunacağı təqdirdə, "Mançester Siti"nin cəzası gələn mövsümdən sonra qüvvəyə minəcəyi bildirilib.