UEFA Çempionlar Liqasının final matçında istifadə olunacaq topu təqdim edib.
Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Adidas" firmasının Türkiyənin İstanbul şəhərində keçiriləcək final üçün hazırladığı topun üzərində Asiya ilə Avropanı birləşdirən İstanbul körpüsünün fotosu təsvir olunub. Topun üstündəki ağ ulduzlar isə ev sahibi şəhərin mədəniyyətini özündə əks etdirir.
Qeyd edək ki, Çempionlar Liqasının finalı bu il mayın 30-da keçiriləcək.