“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri komandasını Çempionlar Liqasının 1/4 finalına çıxarandan sonra maraqlı açıqlama verib.
Offsideplus.az Fanat.az-a istinadən xəbər verir ki, təcrübəli məşqçi "Barselona” ilə üz-üzə gəlmək istəmədiyini söyləyib:
“Hər il: "Barselona”, "Barselona”, "Barselona”. Yetər! Üz-üzə gəlmək istəmədiyim yeganə komanda "Barselona”dır”.
Qeyd edək ki, "Yuventus” son 4 Çempionlar Liqası macərasının 3-də "Barsa”yla qarşılaşıb.