Çempiolar Liqasında 1/4 finalın daha 2 iştirakçısı bu gün müəyyənləşəcək. 

Offsideplus.az xəbər verir ki, 1/8 finalın cavab oyunları çərçivəsində keçiriləcək hər iki matç İngiltərədə baş baş tutacaq. 

Əsas diqqətlər Londona yönələcək. “Tottenhem” “Yuventus”la üz-üzə gələcək. Bu komandalar arasında Turində keçirilən ilk görüşdə qalib aşkarlanmayıb - 2:2. Meydan sahiblərini bu gün qolsuz bərabərlik də qane edir. Amma son 3 ildə 2 dəfə ÇL-də final oynayan “Yuventus”un asanlıqla təslim olmayacağı dəqiqdir.

Mançesterdəki matç isə formal xarakter daşıyır. Səfərdə “Bazel”i darmadağın edən “Siti”nin bu dəfə tam gücü ilə mübarizə aparmayacağı dəqiqdi.

7 mart

Çempionlar Liqası

1/8 finalın cavab oyunları

23:45. "Tottenhem" (İngiltərə) - "Yuventus" (İtaliya)
İlk oyun 
- 2:2

"Mançester Siti" (İngiltərə) - "Bazel" (İsveçrə)
İlk oyun -
 4:0