"Yuventus"un futbolçusu Qonzalo İquain zədəsini sağaldıb.

Offsideplus.az xəbər verir ki, argentinalı hücumçunun Çempionlar Liqasının 1/8 finalında "Tottenhem"lə cavab oyununa hazır olduğu bildirilib. Onun adının sözügedən görüş üçün iştirak ərizəsinə salınacağı vurğulanıb.

Qeyd eək ki, Q.İquain zədə səbəbindən "Latsio" ilə görüşü buraxıb.