"Yuventus"un futbolçusu Paulo Dibala Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə matçda vurduğu qolu əsgər salamı ilə qeyd edib.
Offsideplus.az xəbər verir ki, argentinalı hücumçu 45+2-ci dəqiqədə görüşdə hesabı açdıqdan sonra əsgər salamı verərək ehtiyatda oturan komanda yoldaşı Merih Demiralın yanına gedib və onu qucaqlayıb.
Xatırladaq ki, Türkiyə millisinin futbolçuları Avro-2020-nin seçmə mərhələsindəki son oyunlarında vurduqları qolları əsgər salamı ilə qeyd ediblər. Bununla da onlar Türkiyə ordusunun Suriyadakı "Barış pınarı" hərbi əməliyyatlarına dəstək nümayiş etdiriblər. Türkiyəli futbolçuların bu hərəkəti birmənalı qarşılanmamışdı.