Çempionlar Liqasının 1/8 final mərhələsinin “Sevilya” ilə səfər oyunu (0:0) “Mançester Yunayted”in qapıçısı David De Xea üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, sözügedən görüşdə 8 qurtarış edən ispan qolkiper “qırmızı şeytanlar”ın sabiq qapıçısı Edvin van der Saarın rekordunu təkrarlayıb. Bununla da o, ÇL-də bir görüşdə ən çox seyv edən qapıçısı adına şərik olub.
Qeyd edək ki, hollandiyalı qolkiper 2011-ci il Çempionlar Liqasının finalında “Barselona” ilə matçda eyni sayda “seyv”lə yadda qalmışdı.